image-337995426_219419397435868_4807913915834538178_nbackend

“Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd terror aktıdır” -Millət vəkili

image-reklam_sirab_01
“Millət vəkili həmkarımız Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd terror aktıdır. Bu cinayətin müəllifləri və icraçıları tez bir zamanda hüquq-mühafizə orqanlarımız tərəfindən müəyyən olunub ədalət mühakiməsinə çıxarılacaq. Buna heç kim şübhə edə bilməz.” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri millət vəkili Elnur Allahverdiyev səsləndirib.
Millət vəkili bildirib ki, Azərbaycanın müstəqilliyinə, bütövlüyümüzə və sabitliyimizə heç kim xələl gətirmək iqtidarında deyil.
“Bizim gücümüz daxili birliyimizdədir. Dövlətimiz qarşısına qoyduğu hədəflərdən və inkişaf yolundan dönməyəcək. Həmkarıma Tanrıdan şəfa diləyirəm. Yaşasın müstəqil, azad Azərbaycan!” -deyə Elnur Allahverdiyev əlavə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki