image-1backend

FHN-in amfibiya təyyarəsi İzmir-Aliağa istiqamətində meşədə yanğınsöndürmə işləri həyata keçirib- VİDEO

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Vətəninfo.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Aliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunaraq yanğınsöndürmə işlərini həyata keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image