image-bekir-bozdagbackend

Finlandiya və İsveç heç bir terrorçunu Ankaraya təhvil verməyib

image-reklam_sirab_01

Ekstradisiya məsələsi xüsusilə İsveçin baş naziri Ulf Kristerssonun noyabrın 8-də Türkiyəyə səfəri zamanı müzakirə olunacaq.

Vətəninfo.az  xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ cümə axşamı“A Haber” telekanalına müsahibəsində  bildirib ki, Finlandiya və İsveç Türkiyə tərəfinin onlardan ekstradisiyasını tələb etdiyi terror fəaliyyətlərində iştirak edən bir nəfəri hələlik Ankaraya təhvil verməyib.

“Biz bu ölkələrə tələblərimizi göndərdik. Ekstradisiya mövzusu müzakirə olunur, lakin indiyədək terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası məsələsində müsbət dəyişiklik olmayıb”-deyən  Bəkir Bozdağ  əlavə edib ki, ekstradisiya məsələsi xüsusilə İsveçin baş naziri Ulf Kristerssonun noyabrın 8-də Türkiyəyə səfəri zamanı müzakirə olunacaq.

Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri iki şimal ölkəsinin NATO-ya üzvlüyü məsələsində ölkəsinin mövqeyini xatırladıb. Ankara daha əvvəl bəyan etmişdi ki, NATO-nun iyunda Madriddə keçirilən sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun xarakter daşımır və iki şimal ölkəsi terror təşkilatlarına qarşı mübarizədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, Türkiyə parlamenti bunu təsdiq etməyə bilər. .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki