Vətəninfo.az xəbər verir ki, dünən Fransa Milli Assambleyasının nümayəndələri yekdilliklə Fransa və Avropa İttifaqını SEPAH və ona bağlı qüvvələri, o cümlədə “Bəsic” və Qüds qanadının qüvvələrinin terror təşkilatları siyahısına salınmasına çağıran qətnamə qəbul ediblər.
Qətnamədə İranda insanların yaşamaq hüququndan məhrum edilməsi, işgəncə və pis rəftarlara məruz qalmalarından söz açılıb. Eyni zamanda, qətnamədə insan haqlarının pozulması, edam hökmünün qorxu aşılamaq üçün bir vasitə kimi istifadə edilməsi pislənib.
Parlament üzvləri qətnamədə İran hökumətini bütün edamları dayandırmağa və etiraz aksiyalarında iştirak etdiklərinə, məcburi hicab taxmadıqlarına və ona qarşı çıxdıqlarına görə özbaşına həbslərin hamısına son verilməsi tələb olunub.