image-reklam-veteninfo
image-agca6backend

Füzulidə gənclərin iştirakı ilə ekoaksiya keçirilib

image-reklam-veteninfo

“İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yaşıl Gənclik: Region gəncləri arasında ekoloji maarifçilik” layihəsi çərçivəsində Füzuli şəhərində ekoaksiya təşkil olunub.

17 dekabr 2024-cü il tarixində keçirilən aksiya “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılıb.

Ekoaksiyanın əsas məqsədi gənclərin ətraf mühitin qorunmasına dair məsuliyyət hissinin gücləndirilməsi, ekoloji davranışların təşviqi və təbiətin mühafizəsi istiqamətində ictimai fəallığın artırılması olub.

Aksiya zamanı iştirakçılar ətraf ərazinin təmizlənməsi və abadlaşdırılması işlərində fəal iştirak edib, ətraf mühitin çirklənməsinin qarşısının alınması və təmiz ətraf mühitin qorunmasının vacibliyinə diqqət çəkiblər.

Tədbir gənclər arasında ekoloji dəyərlərin təbliği, könüllülük ruhunun gücləndirilməsi və onların cəmiyyət üçün faydalı təşəbbüslərdə iştirakının artırılması baxımından əhəmiyyətli olub.

“Yaşıl Gənclik” layihəsi çərçivəsində regionlarda gənclərin ekoloji maarifləndirilməsi və onların ətraf mühitin mühafizəsinə yönəlmiş təşəbbüslərə cəlb olunması istiqamətində müxtəlif fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki