image-agayev-nebi-baba-oglubackend

Gənclərə göstərilən dövlət dəstəyi

image-reklam_sirab_01

 

Prezident İlham Əliyev: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər”

Azərbaycan dövləti tərəfindən gənclər sahəsində görülən işlər müsbət nəticələr vermişdir. Gənc kadrların potensialının istifadə olunması həmişə prioritetlərdən biri olmuşdur. Ulu öndər Heydər Əliyev gənclərə olan dövlət diqqətini və hüquqlarını önə çəkərək, gənclərin fəaliyyətinin artması və potensiallarının reallaşması üçün müntəzəm olaraq şərait yaratmışdır. Bu siyasətin davamı olaraq, Heydər Əliyev tərəfindən gənclərlə bağlı xüsusi qanun qəbul edilmişdir. Azərbaycanda gənclər siyasətinin hüquqi əsaslandırılması, bu sahəyə olan dövlət diqqətinin və gənclərin fəaliyyətinin rəsmi şəkildə irəliləməsini göstərir. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Gənclər dövlət strukturunda əhəmiyyətli rola malikdir. Gənclərin dövlətçilik məsuliyyətini dərk etməsi və milli ideologiyaya bağlılığı da xüsusu vurğulanmalıdır. Heydər Əliyev tərəfindən yaradılan milli liderlik ideologiyası gəncləri istiqamətləndirib. Gənclər öz fəaliyyətləri ilə Azərbaycan dövlətinə xidmət etməyə can atırlar. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu gün, gənclərin cəmiyyətdəki rolunu vurğulamaq, onların potensialını və fəaliyyəti ilə bağlı ictimaiyyətdə müsbət dəyişikliklərə töhfələrini qeyd etmək məqsədini güdür. Bu günün qeyd olunması zamanı müxtəlif tədbirlər, konfranslar, seminarlar, idman yarışları və mədəni proqramlar təşkil olunur. Gənclərin yaradıcı ideyalarını reallaşdırmaları, müxtəlif layihələrdə iştirak etmələri və aktiv vətəndaş kimi cəmiyyətə xidmət etmələri təşviq edilir. Eyni zamanda, Gənclər Günü gənclərə dövlət tərəfindən göstərilən dəstəyin, onların sosial və iqtisadi inkişafının, həmçinin təhsil imkanlarının artırılmasının bir göstəricisidir. Bu gün gənclərin milli dəyərlərə bağlılığını, vətənpərvərlik hissini gücləndirmək və onların uğurlarını qeyd etmək üçün əhəmiyyətli bir platforma yaradır.

Bu gün Prezident İlham Əliyev gənclərə müstəsna dəstək verir və onların inkişafını prioritet məsələlərdən biri kimi qeyd edir. Dövlət başçısının gənclərə yönəlmiş siyasəti, onların təhsil alması, iş imkanlarının artırılması, eləcə də innovativ layihələrə dəstək verilməsi məqsədini güdür. Gənclərin fəaliyyətini dəstəkləmək məqsədilə bir sıra təşəbbüslər həyata keçirilmişdir. Məsələn, gənclər evlərinin tikintisi, Azərbaycan dövlətinin gənclərə prioritet verdiyini nümayiş etdirir. Bu evlərdə gənclərin bir araya gəlməsi, yeni ideyalarla çıxış etməsi və milli düşüncələrinin inkişaf etdirilməsi gənclərin cəmiyyətə inteqrasiyasını gücləndirir.

İdman sahəsində də Azərbaycan gəncləri dünya miqyasında öz sözlərini deyirlər. Dövlətin gənc idmançılara göstərdiyi diqqət, onların uğurlarında mühim rol oynayır. Bakı-2015 Avropa Oyunları zamanı gənclərin könüllü fəaliyyətləri, bu oyunların keçirilməsindəki töhfələrini açıq şəkildə göstərdi. Eyni zamanda, COP29 dövründə gənclərimiz yenə də könüllü fəaliyyətlərdə fəal oldular.

Ümumiyyətlə, Azərbaycan gəncləri dövlətin siyasətinə reaksiya verərək, ölkənin inkişafında öz töhfələrini verməyə davam edirlər. Onlar fəaldırlar və inanırıq ki, gələcəkdə də Azərbaycan gəncləri dövlətinin inkişafı üçün əllərindən gələni edəcəklər. Ali Baş Komandanımızın rəhbərliyi altında gənclərin bu irəliləyişində davamlılıq olacaqdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Bu fondunun yaradılması, gənclərin fəaliyyətinə yeni bir təkamül vermişdir. Bu fond, gənclərin layihələrini təqdim etmələrinə və biliklərini artırmalarına imkan tanımışdır. Gənclər artıq bu fond vasitəsilə müxtəlif layihələr, o cümlədən startaplar və sosial layihələr həyata keçirərək cəmiyyətə aktiv fərdlər kimi töhfə verməyə başlayıblar. “Yüksəliş” müsabiqəsinin təşkili, potensial gənclərin aşkar edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalib gənclər vəzifələrə təyin olunur, bu da onlara yeni imkanlar yaradır.

Vətən müharibəsində gənclərin aktivliyi və fəallığı, onların vətənpərvərlik hissini nümayiş etdirmişdir. Gənclər Vətən müharibəsində öndə getdilər. Azərbaycan gəncləri Vətən müharibəsində öz milli vətənpərvərliklərini göstərərək, dövlətin müdafiəsində aktiv iştirak etdilər. Bu gənclər, 20 il ərzində doğulmuş Azərbaycan gəncləri olaraq, çətin günlərdə öz milli vətənpərvərliklərini göstərmiş və müharibədə qalib gələn Azərbaycan dövlətinin yanında olmuşlar. Gənclərin müharibədəki fəallığı, onların vətənə bağlılığını bir daha sübut edir. Müharibə dövründə gənclərin göstərdiyi fəallığı da qiymətləndirərək, onların vətənpərvərlik hissini vurğulayır. Prezident İlham Əliyev gənclərin müstəqil Azərbaycan dövlətinin inkişafında, iqtisadiyyatın modernləşməsində və sosial sahədəki islahatlarda aktiv rol oynamalarını önə çəkir.

Cənab Prezidentin gənclərə verdiyi dəstək, onların inkişafına və dövlətə xidmət etmələrinə imkan yaratdı. Gənclərin cəmiyyətdəki rolu, onların gələcəkdəki inkişafında və ölkənin inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev demişdir ki, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər: “Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”. Prezident gənclərin beynəlxalq müstəvidə tanınmasını təmin etmək üçün müxtəlif proqramlar və təşəbbüslər həyata keçirir. Bu məqsədlə, gənclərin xaricdə təhsil alması üçün müxtəlif dövlət proqramları mövcuddur. Eyni zamanda, gənclərin təşəbbüslərinə, startaplarına və sosial layihələrinə dəstək verən fondlar yaradılmışdır.

Azərbaycan gəncləri dövlətin inkişafında fəal iştirak edirlər. Gənclərin könüllü fəaliyyəti və sosial aktivlikləri dövlət siyasətinə müsbət təsir göstərir. Gənclərin gələcəkdə də dövlətin inkişafına töhfə verəcəyi sözsüzdür.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image