image-reklam-veteninfo
image-1-qlobal-fondbackend

“Gender və Tərəqqi” Qlobal Fond qarşısında görülən işlər barədə hesabat təqdim edib

image-reklam-veteninfo

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi İİV profilaktikası layihəsi çərçivəsində həyata keçirilmiş fəaliyyətlərlə bağlı Qlobal Fond nümayəndələri ilə keçirilən görüşdə hesabat təqdim edib.

Görüş zamanı layihə dövründə görülən işlər, qarşıya qoyulmuş vəzifələrin icrası, əldə olunan nəticələr və xidmətlərdən yararlanan şəxslərin sayı barədə məlumat verilib.

Təşkilat tərəfindən kişilər arasında İİV-in profilaktikası, maarifləndirmə, anonim test xidmətlərinə yönləndirmə, pulsuz qoruyucular və lubrikantların təqdim edilməsi, eləcə də İİV-lə yaşayan şəxslərin tibbi xidmətlərə çıxışının dəstəklənməsi istiqamətində görülən işlər təqdim olunub.

Hesabat zamanı layihə müddətində əhatə olunan insanların sayı və göstərilən xidmətlərin əsas göstəriciləri barədə məlumatlar da Qlobal Fond nümayəndələrinin diqqətinə çatdırılıb.

Görüşün əsas məqsədi həyata keçirilən fəaliyyətlərin nəticələrini qiymətləndirmək, əldə olunan təcrübəni bölüşmək və İİV profilaktikası üzrə növbəti fəaliyyət istiqamətlərini müzakirə etmək olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki