image-55backend

“GENERALLAR BUNA GÖRƏ HƏLAK OLUBLAR…” – Sabiq MKİ şefi rus ordusunun zəiflərini açıqladı

image-reklam_sirab_01

“Onlar Ukraynanın gücünü həddindən artıq aşağı, öz qüvvələrini isə həddindən artıq yüksək qiymətləndirdilər. Onlar bu hərbi kampaniya üçün öz xətlərini yürüdə bilmədilər və buna yaxşı hazırlaşmadılar. Bundan başqa onların müasir telekommunikasiya sistemləri yoxdur. Buna görə onların generalları həlak olmaqda davam etdilər”.

Bunu tanınmış ABŞ generalı və Mərkəzi Kəşfiyyat İdarəsinin(MKİ) sabiq rəhbəri Devid Petreus “Azadlıq Radiosu”na müsahibəsində Rusiya ordusu haqqında deyib.

Sabiq MKİ şefi hesab edir ki, Rusiya ordusunun peşəkarlıq və hazırlıq sarıdan böyük problemləri var. O, rus ordusunun xüsusilə də serjant heyətində peşəkarlıq səviyyəsinin çox aşağı olduğunu qeyd edib.

ABŞ generalı Rusiya ordusunun rabitə və digər müasir texniki təminat məsələsində çox geri qaldığını və bütün bunların Kremlin uzun illər orduya ayırdığı böyük maliyyələrin müqabilində müşahidə olunmasının təəccüblü olduğunu bildirib: “Əvvəlcədən gözlənilən və gözlənilməyən səhvlər çox oldu. Məsələn, onların telekkomunikasiya sisteminin birkanallı olması və onun asanlıqla aşkarlanması. O, şifrələnməyib. O, bizim modulyasiya sistemindən fərqli olaraq, çox asanlıqla, adi polis skaneri vasitəsilə aşkarlana bilir”.

Generalın fikrincə məhz bu cür ciddi çatışmazlıqlar Rusiya ordusunun məğlubiyyətində və uğursuzluqlarında əhəmiyyətli rol oynayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki