Bir neçə gün öncə məktəblərdən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olsa da, Təhsil Nazirliyi məlumat yayaraq, həmin görüntülərin Azərbaycanda lentə alınmadığını açıqlamışdı.
Veteninfo.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov həmin görüntülərin Bakı şəhəri 165 saylı tam orta məktəbdə lentə alındığını açıqlayıb.