Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türkiyənin İstanbul şəhərinəişgüzar səfər edib. O, İstanbul səfəri çərçivəsində İstanbul Türk İslam Əsərləri Muzeyinin direktoru Ekrem Aytar ilə görüşüb.Görüşdə Türkiyəli jurnalist, araşdırmaçı yazar Şamil Kucur da iştirak edib.
Görüşdə Günay Əfəndiyeva Azərbaycan və Türkiyənin çoxəsrlik zəngin mədəni dəyərlərə malik qardaş ölkələr olmasından söz açıb. O,bildirib ki, iki dövlət arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri mədəniyyət sahəsində də sıx iş birliyinin genişləndirilməsinətöhfə verir. Günay Əfəndiyeva Azərbaycan və Türkiyənin maddi-mənəvi irsinin, qədim keçmişin mirası olmaqla yanaşı, həm də müasir dövrdəki mədəniyyətlərarası dialoq və əməkdaşlıq üçün əhəmiyyətli bir vasitə olmasına diqqət çəkib.
Millət vəkili Azərbaycan və Türkiyə arasında mədəni münasibətlərin daha da gücləndirilməsiyönündə birgə layihə və təşəbbüslərindəstəklənməsinə hər zaman hazır olduğunu bildirib.
İstanbul Türk İslam Əsərləri Muzeyinin direktoruEkrem Aytar rəhbərlik etdiyi muzeyin tarixi, eləcə də türk mədəni irsinin mühafizəsi istiqamətindəki fəaliyyəti haqqında məlumat verib.
Görüş tərəflər arasında Azərbaycana və Türkiyəyə məxsus qədim maddi-mənəvi irsinqorunması, müasir dövrə uyğunlaşdırılması və gələcək nəsillərə ötürülməsi ətrafında geniş fikir və təcrübə mübadiləsi ilə davam edib.