image-22backend

Güney Azərbaycanın şəhərlərində məktəblərə növbəti kimyəvi hücum olub

image-reklam_sirab_01
İranın Marağa və Əcəbşir şəhərlərində qızların təhsil aldığı iki orta məktəbdə 95 şagird zəhərlənərək xəstəxanalara yerləşdirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Təcili Yardım Mərkəzinin rəhbəri Əsgər Cəfəri mediaya açıqlamasında bildirib.
Qeyd edək ki, İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın 9-da Qum şəhərində qeydə alınıb.
Bu günə kimi ölkənin 26 əyalətinin 233 məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki