Georgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Bakıdakı səfir postunda Zurab Pataradzeni əvəz edən G. Zakaraşvili daha əvvəl ölkəsinin Ukraynadakı səfiri olub.
Nazirlik bildirib ki, diplomat Gürcüstan XİN-in mərkəzi ofisində və diplomatik nümayəndəliklərdə uzunillik təcrübəyə sahibdir.

























