Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya bildirib.
Gürcüstanın “İctimai televiziya”sının “42-ci paralel” verilişində Luka Ekhvaya bildirib ki, Kavelaşvilinin ilk xarici səfəri aprelin 14-15-də Azərbaycana baş tutacaq.
İrəvana səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.