image-1backend

Gürcüstan Rusiyadan qaz idxalını artırıb

image-reklam_sirab_01

Gürcüstanın İqtisadiyyat Nazirliyi bu il Rusiyadan təbii qaz alışının həcmini iki dəfə artıracağını gözləyir. Bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Agentlik yanacaq sərfiyyatının 2,8% artaraq 3,32 milyard kubmetrə çatacağını proqnozlaşdırır. Bu həcmin təxminən 400 milyon kubmetri Rusiyadan, qalanı Azərbaycandan alınacaq.

“Sakstat”-ın 2024-cü ilin ilk 11 ayı üçün məlumatına görə, Rusiya qazının idxalı dəyər ifadəsində 29% artıb, Azərbaycandan tədarük isə 22% azalıb.

Qeyd edək ki, Azərbaycan Gürcüstan qaz tədarükünün 80 faizdən çoxunu təmin etməklə yanaşı, qonşu ölkəyə müqaviləyə əsasən qazı güzəştli qiymətlə satır. Ona görə də Gürcüstan idxalından qənaət edilən qaz Avropaya ən azından 2 dəfə baha qiymətə satıla bilər.

O ki, qaldı Rusiyaya, Qərbin sanksiyalarına görə “Qazprom” şirkətinin idxal bazarı kəskin azalıb. Buna görə də Rusiya hasil etdiyi qazı Gürcüstana daha aşağı qiymətlə sata bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image