“Gürcüstan, Qazaxıstan və Azərbaycan arasında dəmir yolu sektorunda sıx əməkdaşlıq Orta Dəhlizin inkişafına təkan verir”.
Veteninfo.az Qazağıstan mediasına istinadən xəbər verir ki,bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Astanada Qazaxıstanın baş naziri Oljas Bektenovla görüşündə deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq Çindən Avropaya və əks istiqamətdə konteyner daşımaları üçün istifadə olunan Orta Dəhliz layihəsini həyata keçirməyə imkan verib.