image-444backend

Həbsxanada qanlı savaş:12 məhbus öldürüldü

image-reklam_sirab_01

Cənubi Amerika ölkəsi Ekvadorda həbsxanada rəqib dəstələr arasında baş verən qarşıdurmada 12 məhbus ölüb, 3 nəfər yaralanıb.

Ölkənin Quayaquil şəhərindəki Litoral həbsxanasında “Las Aguilas” və “Tiguerones” dəstələri arasında toqquşma baş verib. Vətəninfo.az xəbər verir ki, qarşıdurma zamanı dəstə üzvlərindən 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Həbsxana rəisi Ronald Sançezin mətbuata verdiyi açıqlamada həbsxanaya çoxlu təhlükəsizlik qüvvələrinin göndərildiyini və vəziyyətin nəzarətə alındığını deyib.

Sosial mediada əks olunan görüntülərdə qarşıdurma səslərinin eşidildiyi və bəzi məhbusların yaralı halda həbsxanadan çıxarıldığı görünüb.

Qeyd edək ki, Ekvadorda 30 min həcmli 65 həbsxanada təxminən 39 min məhbus və məhkum var. Dəstələr arasında baş verən toqquşmalar bəzən ölümcül hadisələrlə nəticələnir.

2022-ci ildən bəri ölkədə rəqib dəstələr arasında baş verən zorakılıqlarda 460-dan çox məhbus ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki