image-3backend

Hərbi institutda elmi-praktik konfrans keçirilib

image-reklam_sirab_01

Heydər Əliyev adına Hərbi İnstitutda Zəfər gününün dördüncü ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsinin hərbi-siyasi dərsləri: əldə olunan uğurlar və qarşıda duran vəzifələr” mövzusunda III respublika elmi-praktik konfransı keçirilib.
Konfransda Heydər Əliyev adına Hərbi İnstitutun zabit, professor-müəllim heyəti ilə bərabər, respublikanın 20-yə yaxın təşkilatının rəhbər və nümayəndə heyəti iştirak edib.
Vətəninfo.az xəbər verir ki bu barədə Müdafiə Nazirliyi xəbər verib. Konfrans iştirakçıları əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək əklillər qoyublar.
Konfrans Ulu Öndərin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin ifası ilə başlanıb.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev konfransda giriş nitqi ilə çıxış edərək, 2020-ci il sentyabr ayının 27-də başlanan, 44 gün davam edən və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışaraq bildirib ki, Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, Müzəffər Ordumuzun gücü sayəsində, şəhidlərimizin qanı-canı bahasına əldə olunmuş bu Qələbə ilə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyulub.
Daha sonra İkinci Qarabağ müharibəsinə həsr edilmiş film nümayiş olunub.
Konfransda çıxış edən məruzəçilər İkinci Qarabağ müharibəsində qələbəni şərtləndirən səbəblərdən, döyüşlərin aparılmasında peşəkarlıqdan, müasir döyüş taktikalarından, müharibənin beynəlxalq münasibətlər və beynəlxalq hüquq baxımından dəyərləndirilməsindən, müharibə dövründə təhlükəsizliyin təmin olunmasında xüsusi xidmət orqanlarının fəaliyyətindən və digər mövzulardan ətraflı danışıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image