image-8888backend

Hindistanda  “Covid-19” şoku:  8 əyalətdə tibbi maskadan istifadə yenidən məcburi olub

image-reklam_sirab_01

Hindistanda “Covid-19” infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar ölkənin bəzi ştatlarında ictimai yerlərdə tibbi maskadan istifadə yenidən məcburi olub.

Vətəninfo.az xəbər verir ki, Hindistanın Səhiyyə Nazirliyi ölkənin 8 əyalətində maskadan istifadənin məcburi olduğunu elan edib.

Hindistanlı epidemioloq Lalit Kant bildirib ki, ölkədə bu halların artması yeni ortaya çıxan koronavirusun XBB.1.16 variantı ilə bağlıdır.

Bildirilib ki, ölkədə sözügedən varianta yoluxma halları fevralda 21,6 faizdən martda 35,8 faizə yüksəlib, lakin xəstəxanaya yerləşdirmə və ya ölüm hallarında analoji artım olmayıb.

Hindistan Səhiyyə Nazirliyi, son 24 saatda 5 min 357 yeni yoluxma faktının aşkar edildiyini, aktiv yoluxma sayının isə 32 min 814 olduğunu bildirib.

Ölkədə təxminən son 6 ayda ən çox yoluxma sayı martın 30-da qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki