image-222backend

“Hraparak” : Artıq Ermənistan tərəfi danışıqlarda iştirak etmir

image-reklam_sirab_01

Ermənistan hökuməti Qarabağ məsələsini öz siyasətindən  tamamilə çıxarıb. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” qəzeti yazır.

“ Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının komandiri Andrey Volkovun vəzifəsindən azad edildiyi, Rusiya müdafiə naziri Şoyqunun müşaviri, 66 yaşlı general-polkovnik Aleksandr Lentsovun isə bu vəzifəyə təyin olunduğu hələ rəsmən açıqlanmasa da  onun  iki gündür Qarabağda olduğu məlumdur. Mənbələrimizdən öyrəndik ki, Rusiya tərəfdən üç nümayəndənin: Volkov , Lentsov və Rusiya PSB nümayəndəsinin , digər tərəfdən isə iki Azərbaycan rəsmisinin iştirakı ilə 3+2 formatında danışıqlar dünən başlayıb . Ermənistan tərəfi bu danışıqlarda iştirak etmir. Azərbaycan bu danışıqlarda erməniləri tərəf kimi tanımır. Mənbəmiz iddia edir ki. Azərbaycan tərəfi öz tələblərini Rusiya sülhməramlılarına təqdim edib. Əsa tələb isə Qarabağdan silahlı ermənilərin təcili çıxarılmasıdır” -Nəşr yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki