image-643d2547c4646backend

Hulusi Akar: “10 terroçu zərərsizləşdirildi”

image-reklam_sirab_01

Turkiyənin Milli müdafiə naziri Hulusi Akar terror təşkilatı PKK/YPG-nin Suriyanın şimalında 4 əsgərin yaralandığı hücuma güclü cavab verildiyini və 10 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Vətəninfo.az xəbər verir ki,nazir Akar Suriyanın şimalında “Zeytun Budağı” və “Fərat qalxanı” hərbi bazası bölgələrində həyata keçirilən terror hücumları ilə bağlı bəyanat verib.

Nazir Akar bəyanatında bütün məlum terror hədəflərinin atəşə tutulduğunu bildirib:

“4 yaralımız var və onların müalicəsi davam edir. Terrorçuların yeganə xilas yolu ədalətə təslim olmaqdır. 10 terrorçu zərərsizləşdirilib”.

Hulusi Akar “Yeganə hədəfimiz millətimizə silah çəkən terrorçulara qarşıdır. Sərhədlərimizin qorunması və təhlükəsizliyi üçün mübarizəmizi əzm və qətiyyətlə davam etdirmək əzmindəyik” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki