Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiye hərbçilərinin son 3 gündə Şimali İraq və Suriyada 18 terrorçunu zərərsizləşdirdiyini açıqlayıb.
Vətəninfo.az xəbərverir ki, Kayseridə çıxış edən Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin Cümhuriyyət tarixinin ən intensiv və əhatəli əməliyyatlarını həyata keçirdiyini bildirib.
“Terror təşkilatının düşərgələrindən çox sayda terrorçu qaçır”,-deyə Hulusi Akar qeyd edib.
Türkiyə hərbçilərinin sərhədləri və vətəndaşları qorumaq üçün əlindən gələni etməyə davam etdiyini vurğulayan Hulusi Akar deyib:“Arxalarında kim olursa olsun mübarizəmiz sonuncu terrorçu da məhv edilənədək davam edəcək.Türkiyə hərbçiləri son üç gündə Şimali İraq və Suriyada 18 terrorçunu da zərərsizləşdirib”.
Türkiyə hərbçilərinin terrorçuların yuvalarını dağıtmağa davam etdiyini deyən Hulusi Akar deyib: ”2015-ci ilin 24 iyul tarixindən etibarən ümumilikdə 37 min 756 terrorçu zərərsizləşdirilib”.