image-reklam-veteninfo
image-1backend

Husilər  hava limanını  raketlə vurdu

image-reklam-veteninfo

Yəmənin “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına ballistik raketlə hücum etdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Husilərin hərbi nümayəndəsi hücumun dəqiq hədəfə alındığını və hava limanında uçuşların fəaliyyətinə maneə yaradıldığını iddia edib. Səudiyyə Ərəbistanı isə son hücumla bağlı hələlik rəsmi təsdiq və ya açıqlama verməyib.

Bu, son günlər Səudiyyə Ərəbistanının hava infrastrukturuna qarşı həyata keçirilən hücumların davamıdır. Səudiyyə hakimiyyətinin məlumatına görə, əvvəlki hücumlarda Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı və Əbha hava limanı hədəfə alınıb. Hadisələr nəticəsində ümumilikdə 3 nəfər ölüb, 36 nəfər yaralanıb.

Hücumlar Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında döyüşlərin kəskinləşdiyi bir vaxta təsadüf edir. Yəmən hökuməti husilərin nəzarətində olan əraziləri geri qaytarmaq məqsədilə genişmiqyaslı əməliyyata başlayıb.

Qeyd edək ki, son günlər döyüşlər strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı ətrafında da intensivləşib. Regionda gərginliyin artması Qırmızı dənizdə gəmiçilik və enerji daşımaları ilə bağlı təhlükəsizlik risklərini də yüksəldib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki