image-3backend

İdmanın inkişafı ölkənin ümumi inkişafı deməkdir

image-reklam_sirab_01

Ölkəmizdə hər ilin sonu və ya hər ilin əvvəlində idmançıların mənzillər, dövlət təltifləri ilə mükafatlandırılması həyata keçirilir. Artıq bu proses ənənə halını alıb və 27 ildir ki, davam edir. Ölkəmizdə idmanın inkişafı üçün bir çox amillər vəhdət təşkil edir. Burada ilk növbədə dövlətin dəstəyini qeyd etmək lazımdır.

Dekabrın 24-də 2024-cü ilin idman yekunklarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan idmanına olan dövlət qayğısından geniş bəhs etdi. Ölkə başçısı vurğuladı ki, əgər idmançılara dövlət qayğısı göstərilməsə, idman inkişaf edə bilməz. Həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir və bu da ədalətlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz  tarixi ədaləti, ərazi bütövlüyünü və suverenliyini bərpa edib və xalqımız bununla qürur duyur. 2024-cü ilin idman yekunklarına həsr olunan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev onu da qeyd etdi ki, hər yerdə – beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə ədalət olmalıdır. Azərbaycan  buna çalışır.  Ölkə başçısı çıxışında bildirdi ki, şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Azərbaycan döyüş meydanındakı Zəfərinə idman qələbələrini də əlavə etdi və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, xalqımızın böyük sərvətidir.

2024-cü ilin idman yekunklarına həsr olunan mərasimdə Prezident İlham Əliyev beynəlxalq aləmdə baş verən proseslərə də diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi – bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

Prezident İlham Əliyev 2024-cü ilin idman yekunklarına həsr olunan mərasimdə  idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyələrini də çatdırdı. Ölkə başçısı bildirdi ki, onlar həm Qarabağ və Şərqi Zəngəzur bölgələrinə, həm də digər bölgələrə tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər. Çünki seleksiya işi əsas amildir.

 Tufan Məmmədov – iqtisadçı ekspert


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image