image-1backend

İğaldan azad olunmuş ərazilərə köçürülənlər niyə tibbi müayinədən keçirilir?-ÖZƏL  

image-reklam_sirab_01

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair  Dövlət Proqramına əsasən Laçın, Zəngilan və Füzuli rayonlarına əhalinin köçürülməsi davam edir.
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, öz dədə-baba yurdlarına qayıdan əhali köçürülmədən öncə, tibbi müayinələrdən keçirilməyə keçirirlər
Vətəndaşların tibbi müayinədən niyə və hansı səbəbdən keçirlməsi isə köçürülən insanların əksəriyyəti tərəfindən birmənalı qarşılanmır.

Bununla bağlı əldə etdiyimiz məlumata görə, köçürülən vətəndaşlar təkcə tibbi deyil digər lazimi sənədləri də toplayılr. Bu da onların yurdlarına qayıtdıqdan sonra, orda işlə təmin olunan zaman müxtəlif sənədlərin toplanılması prosesi ilə bağlıdı.

Belə ki, işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşları işlə təminatı zamanı müxtəlif sənədlərin toplanması vacibdir. Bu sənədlərin toplanılması prosesi uzanmaması və onların tez bir zamanda işlə təminatın həyata keçirmək üçün belə bir addım atılır.

Əgər hər hansı bir vətəndaş işğaldan azad olunmuş ərazilərə köç edən zaman tibbi müainələrdən keçirilən vaxt, onun səhhətində hansısa xəstəliklər aşkar edilərsə, o vətəndaş ilkin olaraq müalicə olunur və bundan sonra, o tam sağlam şəkildə doğma yurduna  köçürülür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki