13 mart 2025-ci il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “İİV/QİÇS üzrə İşçi Qrupun iclası” adlı tədbirdə iştirak edib. Dövlət qurumları, QHT-lər və tərəfdaşlar qrantın icrasını, zərərin azaldılması xidmətlərində QHT-lərin iştirakını və şəffaf sosial sifariş mexanizmlərini müzakirə ediblər. Regional xidmətlərin monitorinqi, rəqəmsal maarifləndirmə və əsas qruplar üçün genderə həssas xidmətlər də diqqətdə olub.
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.


























