image-325119985_1536894700112610_1588641776605438079_nbackend

İki gündə atamın saçının necə ağardığının şahidi oldum – Qənirə Paşayeva

image-reklam_sirab_01

“Bu gün 20 Yanvar faciəsinin ildönümüdür. Təkcə Azərbaycanda yaşayan soydaşlarımız deyil, harada doğulub yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın ürəyi hər zaman olduğu kimi bu gün də Azərbaycanla döyünür. Onlar da həqiqətlərimizi dünyaya çatdırırlar. Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyyədin Kassanov da Azərbaycana gəlib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin çağırışı var, biz birlikdə güclüyük. Axıska türkləri də “Dəmir yumruq” kimi yanımızda birləşdilər. Şəhid və qazi oldular. Ali Baş Komandanımız səfər etdiyi bütün ölkələrdə birliyimizin önəmini qeyd edir. Bu da düşmənə vacib bir mesajdır ki, bizim sevincimiz də, kədərimiz də birdir”.

Vətəninfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.

O, 20 Yanvar faciəsində yaşadığı kədərdən də danışıb: “O gün həyatımızda ağır bir gün idi. Biz yaş etibarıyla o günü çox yaxşı xatırlayırıq. Mən iki gündə atamın saçının necə ağardığının şahidi olmuşam. Çünki qardaşımı tapa bilmirdik. O tələbə idi. Bütün əlaqələr kəsilmişdi. Televiziyada heç bir məlumat almaq mümkün deyildi. Rabitə bugünki kimi deyildi.

Çox ağır xəbərlər yayılırdı. İnsanlara avtobuslarda, trolleybuslarda atəş açılmışdı. Tanklarla abtomobilləri əzmişdilər. Teleqüllədə rabitəni kəsmişdilər. Çox dəhşətli bir qətliam və faciə idi.

Ümummilli liderimiz Heydər Əliyev o ağır və dəhşətli günlərdə Moskvada Azərbaycan nümayəndəliyinə gəlib, Kremlin Azərbaycanda törətdiyi dəhşətli qətliamı, cinayətləri dünyaya çatdırmasından sonra hamımız inamlı olmuşduq. Çünki elə bir sistem idi ki, məlumatları yaymağa imkan vermirdilər. Dünyanın da baş verənlərdən xəbəri olmurdu. Amma Ümummilli lider həyatı bahasına o cəsarəti göstərdi. Dünya həqiqətləri bildi. Xalqımız böyük dirəniş göstərdi. Sovet sisteminin zəifləməsi Azərbaycandan başladı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki