image-1669360470_16276590975053710652_1000x669backend

İki ildə 270 azərbaycanlı həlak olub – SPİKER

image-reklam_sirab_01

Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova Kambocaya səfərindən və orada keçirdiyi görüşlərdən danışıb.

Vətəninfo.az xəbər verir ki, spiker səfər çərçivəsində 9 ikitərəfli görüş keçirdiyini bildirib.

“Görüşlər zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz torpaqlarını 30 illik işğaldan azad etməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səyləri haqqında məlumat verdim. Müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanın əldə olunan razılaşmalara əməl etməkdən boyun qaçırmasından danışdıq”, – parlament sədri deyib.

Sahibə Qafarova, həmçinin Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın şəhər və rayonlarını, infrastrukturu, mədəni və tarixi abidələri tamamilə dağıtmasından da söz açıb. Sədr qeyd edib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və tikinti işləri həyata keçirir, ərazilərimiz bərpa edilir. Lakin Ermənistanın ərazilərdə basdırdığı çoxlu sayda mina bərpa işlərinə ciddi əngəl törədir.

Spiker onu da diqqətə çatdırıb ki, iki il əvvəl müharibə başa çatandan indiyədək mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki