İmişlidə hamilə qalan 11 yaşlı qız və Şamaxıdan gətirilən azyaşlıların vəziyyəti açıqlanıb.
Veteninfo.az xəbər verir ki, bununla bağlı agentliyinin sədri Vüqar Behbudov ötən ilin yekunları və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında danışıb.
O bildirib ki, hazırda azyaşlılar sosial xidmət mərkəzindədirlər:
“Uşaqların adaptasiyası üzrə iş aparılır. 11 yaşlı qız məktəbə gedir. Onlara bizim müəssisədə bütün sosial xidmətlər göstəriləcək. Reabilitasiyası üçün hər cür dəstək göstərilir. Gələcəkdə biz qiymətləndirmələr aparacağıq ki, ailələrdə belə halların qarşısını alaq”.