image-6403544bf3f6abackend

İngiltərə və Polşa Ukraynada müvəqqəti kənd evləri inşa edəcək

image-reklam_sirab_01

İngiltərə və Polşa 700-dən çox ukraynalı üçün müvəqqəti kənd evi inşa edəcəklərini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada iki ölkənin Ukraynanın şərqində və qərbində müvəqqəti kənd evləri inşa edəcəyi bildirilib.

Açıqlamada təxminən 10 milyon funt sterlinqə (təxminən 235 milyon lirə) başa gələcək 700 nəfərlik kənd evinin Ukraynanın Lvov və Poltava şəhərlərində inşa ediləcəyi vurğulanıb.

Açıqlamada Ukraynada təxminən 17 milyon insanın humanitar yardıma ehtiyacı olduğu, 8 milyon ukraynalının isə Avropa ölkələrində qaçqın həyatı yaşadığı bildirilib.

Ölkədə 6 milyon insanın evlərini tərk etmək məcburiyyətində qaldığı vurğulanaraq Rusiyanın elektrik stansiyalarına hücumları səbəbindən bir çox yerdə elektrik enerjinin verilməsində kəsilmələrin yaşandığı bildirilib.

Açıqlamada həmçinin İngiltərə və Polşanın enerji ehtiyacları ilə bağlı gördüyü işlərə də toxunularaq iki ölkənin xəstəxanalarda, məktəblərdə yaşayan təxminən 450 min insana generator dəstəyi verəcəyi qeyd edilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki