image-rus-polis-696x464backend

İnquşetiyada gecə döyüşü: 3 polis həlak olub, 7-si yaralanıb

image-reklam_sirab_01

Rusiya Federasiyası İnquşetiya Respublikasında yaraqlılarla atışmada 3 polis əməkdaşı həlak olub, daha 7 nəfər yaralanıb.

Rusiya mətbuatı xəbər verir ki, yol polisi postuna hücuma görə axtarışda olan silahlıların olduğu yer müəyyən edilib.

Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri, Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyasının dəstəyi ilə Maloqbek rayonunun Zyazikov-Yurt kəndindəki evlərdən biri blokadaya alınıb.

Atışma bütün gecə davam edib. Əməliyyat zamanı yüksək rütbəli rayon polis zabiti və Daxili İşlər Nazirliyinin ezam olunmuş əməkdaşları öldürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki