Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusuna məxsus iki “Miq-29” və iki “Su-25” tipli döyüş təyyarəsini vurduqlarını bildirib.
Vətəninfo.az xəbər verir ki,İqor Konaşenkov Rusiya ilә Ukrayna arasındakı müharibәnin gedişatı ilә bağlı mәlumat verib.
Rusiya qüvvәlәrinin Donetskin üç bölgәsini nәzarәtinә götürdüyünü bildirən İqor Konaşenkov Rusiya hava-desant qoşunlarının şəhərin şimal və cənub bölgәlәrini bağladığını bildirib. .
İqor Konaşenkov Ukrayna Silahlı Qüvvələrinin Artyomovsk şəhərinin şimal-qərb və mərkəzi bölgələrində təşkil etdiyi əks-hücum cəhdlərinin qarşısının alındığını deyib.
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin bir gündə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarəni vurduğunu qeyd edən İqor Konaşenkov Donetsk vilayətinin Novoukrainka və Sergeyevka yaşayış məntəqələri yaxınlığında 2 ”Miq-29”un, Xarkov vilayətinin Dolqenkoye qəsəbəsi yaxınlığında isə bir ”Su-25” qırıcısının vurulduğunu bildirib.
İqor Konaşenkov həmçinin qeyd edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Uqledar yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus ”Su-25” döyüş təyyarəsini də vurub.
‘‘Bu günə qədər Ukrayna ordusuna məxsus 411 təyyarə, 228 helikopter, 3776 pilotsuz uçuş aparatı, 415 hava hücumundan müdafiə sistemi, 8732 tank və zirehli texnika, 1089 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 4619 haubitsa ilə minaatan vә 9617 hәrbi maşın mәhv edilib’’,-deyә Rusiya Müdafiә Nazirliyinin rәsmisi bildirib.