image-arzuman-muradl__backend

“İran Cənubi Azərbaycanda yenidən milli azadlıq hərakatının vüsət almasından qorxur” -Arzuman Muradlı

image-reklam_sirab_01
“İran öz siyasətindən geri çəkilir. Bunu aydın şəkildə görmək mümkündür. Azərbaycanla gərginləşən siyasətindən İranın geri çəkilməsinin bir neçə səbəbi var. Burada əsas amil Cənubi Azərbaycanda yenidən milli azadlıq hərakatının vüsət alması qorxusudur” – Vətəninfo.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, İran indiki halda regionda yeni bir münaqişənin alovlanmasından qorxur.
“İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin açıqlaması da bunu deməyə əsas verir ki, İran Azərbaycanla hər hansı bir münaqişəyə girməkdən çəkinir.  Əli Əkbər Vilayəti Azərbaycanla müharibəyə hazırlaşmadığını bu sözlərlə izah edib: “İslam İnqilabından sonra İran 15 qonşu ölkədən heç birinə hücum etməyib, müharibəyə başlamayıb və başlamayacaq”.  Vilayəti haqlıdır, Qərbin sərt sanksiyalarıyla və daxildə müxtəlif etnik qrupların tələbləriylə üzləşən, insanların rejimdən narazılıqlarını və etirazlarını artan ölüm cəzalarıyla həll etməyə çalışan, istisadiyyatı sabitləşdirə bilməyən İranın hazırki vəziyyətdə hansısa dövlətlə müharibəyə başlamaq kimi lüksu yoxdur. Buna baxmayaraq, bu ağır vəziyyətdə belə İran qonşu ölkələrin daxili işlərinə qarışmaqdan vaz keçmir. İran Suriya, Livan, İraq, Yəmən, o cümlədən Azərbaycanda müxtəlif qrupları maliyyələşdirir, bəzilərini silahlandırır, şəbəkələr yaradır. Bu qonşularla müharibə anlamına gəlməsə də, İranın qonşu ölkələrin daxili işlərinə qarışmasıdır ki, bölgədə vəziyyətin sabitləşməsinə mane olur.” -Arzuman Muradlı bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki