image-338020232_1094099015111044_3661829258573825167_nbackend

İran mediası: “Qafqaz, İran, Türkiyə və mövcud həqiqətlər: Tehran üçün ən yaxşı variant aktiv diplomatiyadır”

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, İranlı jurnalist Əli Musəvi Xalxali “İran diplomatiyası” saytında yazır:
“Son günlər İranla Azərbaycan arasında münasibətlər məsələsi yeni müzakirələrə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev İrana qarşı ritorika ilə çıxış edərkən, Ermənistanla sərhədində gərginliyi də artırıb. Bununla bağlı Azərbaycanın yeni ərazilər ələ keçirdiyi bildirilib. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni sazişdən danışıb.
İranla Azərbaycan arasında münasibətlər son vaxtlar pozulmağa başlayıb və əlaqələrin yaxşılaşmasına dair heç bir əlamət yoxdur. Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra İran tərəfinin gərginliyi azaltmaq cəhdlərinə baxmayaraq, iki tərəf arasında münasibətlər hələ də gərgindir.
“Məsələ burasındadır ki, Qafqaz müharibəsi İranın müharibəsi deyil, iki müstəqil dövlət olan Azərbaycan və Ermənistan arasında müharibədir ki, özlərinə aiddir. Bu müharibə İranın maraqlarına toxunduqda bizə aid olar. Ona görə də, hazırda ən yaxşı variant Qafqaz regionunda fəal diplomatiyanın aparılmasıdır..”,-deyə jurnalist qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki