İranda hicab taxmayan qadınlara hücumlar başlayıb. Rəsmi Tehran bu yollarla qadınların inadını qıracağını düşünür. Vətəninfo.az xəbər verir ki, rəsmilər indi də İslam Cinayət Məcəlləsinin 638-ci maddəsini istinad gətirərək küçələrdə və maşında hicabsız olan qadınları cəzalandırır. Həmin Cinayət Məcəlləsinə əsasən , ictimai yerlərdə və yollarda hicabın açılması cinayət məsuliyyəti daşıyır.
Polis açıqlamasında bildirib ki, avtomobildə hicab qaydalarına riayət etməyənlər həbs olunacaq və cəzalandırılacaq.