image-bez-nazvaniya-2backend

İran o qədər başını itirib ki,…

image-reklam_sirab_01

“İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri İran Ermənistan münasibətlərinə həsr edilən tədbirdə Azərbaycanı hədələyib. Zohuri deyib ki, İran ona “problem yaratmağa” çalışan kiçik ölkələri cəzalandıra bilər. İranın Ermənistandakı səfiri eyni zamanda qeyd edib ki, Tehran Avropa İttifaqınin müşahidəçi missiyasının adı altında Fransa jandarmlarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil”.

Vətəninfo.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Yeganə Hacıyevanın sözlərinə görə, İranın Ermənistandakı səfiri Zohuri Zəngəzur dəhlizinin açılmasını İran öz maraqlarına bir başa hədə kimi gördüyünü , Ermənistanın isə maraqlarına cavab vermədiyini bildirib:

“Cənubi Qafqazda vəziyyətin dəyişməsindən İran o qədər başını itirib ki, onun nümayəndələri artıq ifadələr seçmirlər, fikirlərini riyakarlıqla pərdələmirlər , hər sözü açıq danışırlar. Sonra da onların bizim ölkədəki agentura şəbəkələri deyir, İran elə demədi. Yaxud, səfirliyə terroru İran təşkil etmədi , üçüncü ölkə təşkil etdi və s. Bu qədər açıq aydın hər şeyi özləri deyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki