image-888backend

İran Oman dənizində neft tankerini ələ keçirib

image-reklam_sirab_01
İran Oman dənizində Marşal adaları bayrağı altında üzən neft tankerini ələ keçirib.
Vətəninfo.az xəbər verir ki, İran ordusunun hərbi dəniz qüvvələri sözügedən neft tankerinin İrana məxsus gəmi ilə toqquşduğunu, bir neçə nəfərin itkin düşüdüyünü, bir neçə nəfərin isə yaralandığını iddia edib.
İranın beynəlxalq qanunlara zidd olan və regionun təhlükəsizliyi və sabitliyinə təhdid yaradan hərəkətlərini pisləyən ABŞ Hərbi Dəniz Qüvvələri, İran hökumətindən gəmini dərhal azad etməyi tələb edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında həmçinin qeyd olunub ki, son iki il ərzində İran Yaxın Şərqdə ən azı beş ticarət gəmisini qanunsuz ələ keçirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki