image-1677060887_arzuman-teze-1-2backend

“İran öz çirkin siyasətindən əl çəkmir” – Arzuman Muradlı

image-reklam_sirab_01

“İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirdi. Müdafiə Nazirliyimiz iranlı komandana layiqli cavabı dünən verdi. Görünən odur ki, İran öz çirkin siyasətini yenə davam etdirir” –Vətəninfo.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı hesab edir ki, İran öz çirkin siyasəti ilə özünü bataqlığa aparır.

“Rəsmi Tehran anlayır ki, bu siyasəti yürütməklə özünü bataqlığa aparır. Amma bu siyasətdən əl də çəkmir. İran rəsmiləri bilir ki, Cənubi Azərbaycandakı 40 milyonluq azərbaycanlılar onların siyasətini dəstəkləmir. Amma bununla belə bu siyasəti davam etdirirlər.  İran Quru Qoşunlarının Komandanının açıqlaması da buna hesablanıb. 30 ildir İran erməni işğalına münasibət bildirməyib. Azərbaycnın öz torpaqlarını azad etməsindən sonra isə İran qırmızı cizgidən danışır. Bu fars rejimin iç üzüdür. Bütün bu təhdidlərə və təxribatlara baxmayaraq Azərbaycan öz istəyinə nail olacaq və tezliklə Zəngəzur dəhlizi açılacaq” -deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki