İranın mərkəzi əyaləti İsfahanda Natanzdakı nüvə mərkəzinin müdafiəsi üçün təlimlərin birinci mərhələsi başlayıb.
Təlimin bu mərhələsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə bölmələri nüvə obyektini qorumaq üçün “çoxsaylı hava təhdidlərinə qarşı tam müdafiə” həyata keçirir.
Müdafiə təlimlərində istifadə edilən raket sistemləri arasında Raad, Xordad, Dezful və 358 raketləri var.
Ümumiyyətlə İran ABŞ-da Donald Trampın seçilməsindən sonra güc nümayişi olaraq illik qış hərbi təlimlərinin sayını təxminən iki dəfə artırıb.
SEPAH altı qərb əyalətində 30 quru, hava və dəniz təlimləri elan edib. Onlar martın ortalarına qədər davam edəcəklər. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qvardiyası və İran Ordusu “yeni təhlükələrə” qarşı birgə təlimlər keçirir.