image-reklam-veteninfo
image-image_750x_67f6c1798e6bc-750-1080-resizebackend

İran və Ermənistan birgə sərhədyanı təlimlərə başlayır

image-reklam-veteninfo

İran və Ermənistan sərhədyanı Nurduz rayonunda birgə təlimlərə başlayıb.

Bu barədə, “Tasnim” agentliyinin xəbərinə görə, SEPAH Quru Qoşunlarının əməliyyatlar üzrə rəis müavini Vəliollah Mədəni məlumat verib.

Agentlik yazıb ki, təlimlərin əsas məqsədi sərhəd təhlükəsizliyini gücləndirmək və ərazidə dislokasiya olunmuş bölmələrin döyüş qabiliyyətini artırmaqdır.

Xəbərdə daha sonra deyilirdi: “Qafqazın strateji yeri və ortaq sərhəd faktorunun əhəmiyyətini nəzərə alaraq, təlimlər əvvəlcədən planlaşdırılıb və eyni zamanda döyüş hazırlığını nümayiş etdirmək, sülh və davamlı təhlükəsizlik mesajını çatdırmaq üçün nəzərdə tutulub.”

Maraqlıdır ki, məlumat bir neçə saatdan sonra “Tasnim” agentliyinin saytından çıxarılıb.

Bu arada Ermənistan müdafiə nazirliyi təlimlər haqda məlumat yayıb. Məlumatda deyilir:

“Aprelin 9-10-da Ermənistan Respublikası Silahlı Qüvvələri və İran İslam Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələri birgə təlimlər keçirəcək.

ER Silahlı Qüvvələrinin bölməsi Ermənistan ərazisində, İİR Silahlı Qüvvələrinin bölməsi isə İran ərazisində təlimlər keçirəcək.

Təlimlərə simulyasiya edilmiş terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə hücumunun zərərsizləşdirilməsi üzrə hərəkətlər daxildir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki