image-63dbb02c7c5bfbackend

İran zəlzələ ilə bağlı Azərbaycanın da  yardım təklifini qəbul etmədi

image-reklam_sirab_01

Azərbaycan dövləti İranın Xoy şəhərində zəlzələdən zərər çəkmiş soydaşlara yardım etməyə hazırdır, lakin İran buna imkan vermir.

Vətəninfo.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən əldə edilən məlumatda bildirilib.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Azərbaycan dövləti Tehran səfirliyinə hücumla bağlı iki ölkə arasında son böhrana baxmayaraq, İranın Xoy şəhərində zəlzələsindən sonra bu ölkəyə yardım təklif edib.

Rəsmi Tehran Azərbaycanın yardım təklifini qəbul etməyib. Qeyd edək ki, bundan öncə İran Türkiyənin də təklifini qəbul etməmişdi.

Zəlzələdən zərərçəkənlərə yardım etməyən İran hökuməti başqalarının da yardım göstərməsinə imkan vermir.

Qeyd edək ki, yanvarın 18 və 28-də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş verib.

Zəlzələlər nəticəsində mindən artıq insan yaralanıb, 3 nəfər ölüb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki