image-photo_200010backend

İran zəlzələdən sonra yardım adı altında Suriyaya silah verirmiş – Reuters

image-reklam_sirab_01

İran hakimiyyəti Suriyadakı zəlzələ qurbanlarına humanitar yardım aparan təyyarələrdən hərbi texnika göndərmək üçün istifadə edib.

Bu barədə Reuters İsrail, İran və Suriyadakı bir sıra mənbələrə istinadla məlumat yayıb.

Eyni zamanda, Reuters-in şərh üçün müraciət etdiyi İranın BMT-dəki daimi nümayəndəliyi bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Eyni zamanda, agentliyin həmsöhbətlərinin sözlərinə görə, fevralın 6-da baş verən zəlzələdən sonra bir neçə yüz İran təyyarəsi Suriyanın Dəməşq, Latakiya və Hələb hava limanlarına enib. Onlar humanitar yardım adı altında Suriyanın hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi üçün lazım olan qabaqcıl rabitə avadanlığı, radar batareyaları və ehtiyat hissələrini göyərtədə daşıyıblar.

İsrail Müdafiə Nazirliyindəki mənbə agentliyə bildirib ki, yəhudi dövlətinin hakimiyyət orqanları İranın hərbi texnikasının Suriyaya ötürülməsindən xəbərdar olub və bir qayda olaraq, hissə-hissə daşınıb. Onun sözlərinə görə, yük əsasən Hələb hava limanına çatdırılıb – İsrail iki İran yük təyyarəsi oraya endikdən bir neçə saat sonra onu vurub.

Öz növbəsində, İran ruhanilərinə yaxın olan adı açıqlanmayan Reuters mənbəsi vurğulayıb ki, “zəlzələ fəlakət idi, lakin bu, İran tərəfinin “düşmənlə mübarizədə suriyalı qardaşlara” kömək edə bilməsinə töhfə verdi. O, zəlzələdən sonra “dərhal Suriyaya böyük bir silah partiyası göndərildiyini” iddia edir.

Suriya Silahlı Qüvvələrinin zabiti də agentliyə müsahibəsində məlumatı təsdiqləyib: “Zəlzələ lazımi şərait yaradıb. Sonrakı xaos İran təyyarələrinin maneəsiz Suriya hava limanlarında enişinə imkan verib”. O, həmçinin qeyd edib ki, İsrailin Ərəb Respublikası ərazisinə zərbələrinin tezliyi son aylarda məhz yəhudi dövlətinin hakimiyyət orqanlarının silah tədarükündən xəbər tutması səbəbindən xeyli artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki