İranda əməkhaqlarının aşağı olması və iş şəraitindən narazılıq səbəbindən on minlərlə tibb bacısının işdən ayrıldığı iddia olunur.
Vətəninfo.az xəbər verir ki, bu barədə İran Tibb İşçiləri Evinin rəhbəri Məhəmməd Şərifi Müqəddəm açıqlama verib.
Onun sözlərinə görə, ölkədə tibb bacılarının orta aylıq əməkhaqqı təxminən 25 milyon tümənə, yəni 100 ABŞ dollarına bərabərdir. Şərifi Müqəddəm bu məbləğin tibb bacılarının ağır və məsuliyyətli fəaliyyəti ilə müqayisədə kifayət qədər olmadığını bildirib.
“Əməkhaqqının aşağı olması səbəbindən 70 min tibb bacısı istefa verib”, – deyə o qeyd edib.
Şərifi Müqəddəm hazırda fəaliyyətini davam etdirən tibb bacılarının da aşağı əməkhaqqı və ağır iş şəraiti ilə bağlı problemlərlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət tibbi xidmətin keyfiyyətinə də təsir göstərir.
“Bəzi hallarda xəstələrə lazımi tibbi xidmətin göstərilməməsi onların həyatını itirməsi ilə nəticələnir”, – deyə İran Tibb İşçiləri Evinin rəhbəri bildirib.


























