image-1681221325_1681221318454backend

İranda büdcə təşkilatının rəhbəri və nazir vəzifəsindən azad edilib

image-reklam_sirab_01

İranın vitse-prezidenti Məsud Mirkazemi ölkənin Proqram və büdcə təşkilatının rəhbəri vəzifəsindən azad edilib.

Vətəninfo.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, bu vəzifəyə Vergi məsələləri üzrə idarənin keçmiş rəisi Davud Manzur təyin olunub.

M.Mirkazemi isə həmin təşkilatda bundan sonrakı fəaliyyətini müşavir vəzifəsində davam etdirəcək.

Eyni zamanda, Məhəmməd Cavad Sadatinejad isə kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Onun yerinə Baytarlıq Baş İdarəsinin başçısı Seyid Məhəmməd Ağamiri təyin olunub.

Bundan əlavə, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin başçısı Məhəmməd Sadeq Hayatian İnnovasiyalar və rifah fondunun baş direktoru təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki