image-343556535_921383465845133_4490258467329313414_nbackend

İranda hicabsız qadınların muzeylərə girişinə qadağa qoyuldu 

image-reklam_sirab_01
İranda məcburi hicab qaydalarına riayət etməyən qadınların muzeylərə girişi qadağan edilib. Vətəninfo.az xəbər verir ki, bu haqda ölkənin Mədəni İrs Nazirliyinin muzeylər üzrə direktoru Mürtəza Ədibzadə açıqlama verib.
O, nazirliyin məsələ ilə bağlı sərəncam yaydığını və orada “islami hicab qaydaları”na uyğun geyinməyən qadınların muzey və tarixi-mədəni komplekslərə buraxılmaması barədə qəti xəbərdarlıq edildiyini bildirib.
Qeyd edək ki, son etirazlar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.
Etiraz aksiyalarının səngiməsindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına əməl edilməməsi və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki