image-ayetullah1682500827backend

İranda məşhur din xadimi öldürüldü

image-reklam_sirab_01
İranın Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani bu gün Babolsər şəhərində silahlı hücum zamanı öldürülüb.

Vətəninfo.az xəbər verir ki, bu haqda ölkənin “Mehr” agentliyi məlumat yayıb.

Mazandaran ostandarının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Ruhullah Sələqi də faktı təsdiq edib.

Məlumatda Süleymaninin İran Milli Bankının Babolsər şəhərindəki filialında olarkən sui-qəsdə uğradığı qeyd olunub. Belə ki, filial binasındakı müştərilərdən biri mühafizəçinin silahını ələ keçirərək oturan yerdə Süleymaniyə atəş açıb. Süleymani hadisə yerində ölüb, daha üç nəfər isə yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki