image-00backend

İranda qadınlara görə bir çox  müəssisənin fəaliyyəti dayandırıldı

image-reklam_sirab_01

İranın paytaxtı Tehranda hicabsız insanlara xidmət etdiyi üçün xəbərdarlıq edildiyi iddia edilən lakin buna məhəl qoymayaraq xidmət göstərməyə davam edən bir çox müəssisə möhürlənib.

Vətəninfo.az xəbər verir ki bu barədə İranın yarı rəsmi xəbər agentliyi “Tesnim” məlumat yayıb.

Bildirilir ki sözügedən iş yerləri hicab və iffət qaydalarını pozaraq xəbərdarlıqlara məhəl qoymadıqları üçün möhürlənib. Müəssisələr arasında 3 aptek, digəriləri də kafe və restoranlar olub.

Şəhərin qərbində yerləşən onlarla müəssisənin, yüzlərlə insanın çalışdığı ticarət mərkəzinin tam möhürlənməsi isə diqqət çəkib. Möhürlənmiş kafe və restoranların əksəriyyətinin məşhur adlara məxsus olması insanların reaksiyasına səbəb olub.

Sosial mediada paylaşılan açıqlamalarda isə sözügedən şəxslərin Məhsa Emininin həbsdə vəfatından sonra başlayan nümayişlərə dəstək verdikləri və iş yerlərinin bu səbəbdən bağlandığı irəli sürülüb.

Xatırladaq ki, 22 yaşlı Məhsa Emini 2022-ci il sentyabrın 16-da Tehranda vəfat edib. Eminin ölümündən sonra başlayan nümayişlər bütün ölkəyə yayılaraq hökumət əleyhinə aksiyalara çevrilib və etirazlarda yüzlərlə insan həyatını itirib. Eminin ölümünə etiraz edən və məcburi geyim tərzinə qarşı çıxan minlərlə insan saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki