image-342063262_914849229759764_2058610280167798494_nbackend

İranda tanınmış qadın fəala ağır həbs cəzası verildi

image-reklam_sirab_01
Tehran İnqilab Məhkəməsi mədəni fəal Gülrux İbrahimi barəsində qərar çıxarıb.
Vətəninfo.az xəbər verir ki, “Toplaşmaq və əlbir olmaq” və “hökumətə qarşı təbliğat aparmaq”da ittiham olunan mədəni fəal 7 il müddətinə azadlıqdan məhrum olunub.
Onun habelə ölkədən çıxışına, ictimai fəaliyyətinə və Tehranda yaşamasına qadağa qoyulub.
Qadın fəal barəsində irəli sürülən ittihamları rədd edərək, qərarın İranda etirazçı qadınları qorxutmaq üçün verildiyini bildirib.
Qeyd edək ki, Gülrox İbrahimi tanınmış hüquq müdafiəçisi, ictimai fəal və keçmiş siyasi məhbus Arəş Sadiqinin həyat yoldaşıdır.
Qadınların hüquqlarını müdafiə etdiyi üçün bir neçə dəfə həbs edilən Gülrox İrayi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında həbs edilib. O, hazırda Tehranın Evin zindannda saxlanılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki