image-340512477_180637978154579_6997378410704429002_nbackend

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibindən HƏDƏ:”Bölgədə istənilən coğrafi dəyişiklik gərginliyə səbəb olacaq”

image-reklam_sirab_01
Bazar günü Tehrana səfər edən Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani ilə görüşüb.
Vətəninfo.az xəbər verir ki, görüşdə tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Əli Şamxani erməni həmkarı ilə görüşdə deyib ki, Cənubi Qafqazda gərginlik və münaqişə heç bir ölkənin xeyrinə deyil.
Onun sözlərinə görə, bölgədə istənilən coğrafi dəyişiklik gərginliyə səbəb olacaq. Cənubi Qafqazda gərginliyi aradan qaldırmağın yeganə yolu ölkələr arasında dialoq və qarşılıqlı fəaliyyətdir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki