image-bez-nazvaniyabackend

“İranın Ermənistandakı məscidləri fars məscidi adı altında təmir etməsi”- Ceyhun Məmmədov

image-reklam_sirab_01

Prezident İlham Əliyev bütün suallara çox açıq və dəqiq münasibət bildirdi

İlham Əliyev Bakıda ADA universitetində keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti, Qarabağda cərəyan edən hadisələr, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol və bir sıra digər mühüm məsələlərlə bağlı Azərbaycanın mövqeyini açıq ifadə etdi.

Prezidentin çıxışında vacib məqamlardan biri yenə İranla bağlı idi.

“Prezident bir daha açıq şəkildə İranda yaşayan soydaşlarımızın hüquqlarının pozulması, İranın Qarabağda Yuxarı Gövhərağa məscidini saxtalaşdırması məsələsinə ətraflı toxundu” – Vətəninfo.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov bildirib..

“Bu gün İran Azərbaycanı onun daxili işlərinə müdaxilə etməkdə günahlandıra bilməz. Bu gün 40 milyon Azərbaycanlının hüququ İranda pozulur, onlar ana dilində təhsil almaqdan məhrum ediliblər. Ancaq sayları o qədər də çox olmayan ermənilərə ana dilində təhsil üçün geniş imkanlar yaradılıb. Bu gün İranda erməni dilində məktəb və mədəniyyət mərkəzləri sərbəst fəaliyyət göstərir. Azərbaycanlılara qarşı bu ayrı-seçkilik və qərəz qəbuledilməzdir.

İranın Ermənistandakı məscidləri fars məscidi adı altında təmir etməsi, Ermənistanın bu cinayət əməllərində şərik olması İslamım prinsiplərinə də ziddir. İran bu əməlləri ilə özünü də ifşa etmiş oldu. Təkcə bu əməllərə görə İranın İslamın adından danışmağa haqqı yoxdur.

Prezident İlham Əliyev konfransda Fransanın Azərbaycana qarşı qərəzli və ədalətsiz münasibətinə də geniş toxundu.  Fransa Qarabağla bağlı danışıqlarda birmənalı olaraq vasitəçi ola bilməz çünki artıq öz seçimi ilə bu prosesdə tərəfə çevrilib, ermənidən daha çox erməni olmağa çalışıb.

Makronun Azərbaycanla bağlı həqiqətləri təhrif edən müsahibəsindən, Fransa Senatının Azərbaycanla bağlı qərəzlə qətnaməsindən, Frankafoniya tədbirində biabırçı sənəddən sonra Azərbaycanın mövqeyi belə də olmalı idi.

Prezident Türkiyə-Azərbaycan münasibətləri, Azərbaycanın Avropa ölkələri ilə əlaqələri məsələsinə də toxunaraq bu əlaqələrin daha da gücləndirilməsi istiqamətində atılan addımlardan geniş bəhs etdi.

Sonda qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Azərbaycanın daxili və xarici siyasətlə bağlı suallara çox açıq və dəqiq münasibət bildirməsi, çox hazırlıqlı olması konfrans iştirakçıları tərəfindən də böyük rəğbətlə qarşılandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğuru onun açıq, ölçülüb-biçilmiş, bütün məsələlərə dəqiq münasibətinin olmasındadır. Azərbaycanın uğurunu təmin edən amillərdən biri məhz budur.”- deyə millət vəkili bildirib.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki