image-344275605_6285933458132337_2300901289032294168_nbackend

İranın keçmiş kəşfiyyat nazirindən mollalara çağırış: “Əlbəyaxa döyüş növlərini öyrənin”

image-reklam_sirab_01
Son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş ETTELAAT (təhlükəsizlik və kəşfiyyat) naziri Əli Fəllahiyanı da vahiməyə salıb.
Vətəninfo.az xəbər verir ki, o, molla və cümə imamlarına qarşı təhlükə və hücumların artdığını deyib və bunun qarşısının alınması üçün onların döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.
“Şəxsi təhlükəsizliyə diqqət yetirilməlidir. Cümə imamlarını döyüş növlərini öyrənməyə çağırıram. Onlar bilməlidirlər ki, düşmən yatmayıb və hər an onlara hücum edilə bilər”,- Fəallahiyan bildirib.
Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda isə öldürülmələri ilə nəticələnib.
Son bir ildə ölkənin Qum, İsfahan, Tehran, Günbəd-Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həyatını itirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki